Ukrayna Baş Prokurorluğu “WarGonzo” layihəsinin yaradıcısı, rusiyalı bloger Semyon Peqovu qiyabi olaraq “hərbi mövzularda təbliğat materialları” yaratmaqda ittiham edib.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, ittiham Rusiyanın hərəkətlərini “əsaslandırmaq, tanımaq və inkar etmək”, habelə Rusiya Silahlı Qüvvələrini “şöhrətləndirmək” üçün cəza nəzərdə tutan maddə üzrə irəli sürülüb.
“İstintaq müəyyən edib ki, Peqov “WarGonzo” layihəsi çərçivəsində “YouTube” və “Telegram” kanalında sistemli şəkildə hərbi mövzularda təbliğat materialları yaradır”, - Ukrayna Baş Prokurorluğu qeyd edib. Toyuqlu pizza
Peqov Ukrayna rəhbərliyinin sanksiya tətbiq etdiyi şəxslər sırasına daxil edilib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı separatçı çıxışlarıyla ilə tanınan rusiyalı videobloger Azərbaycanda da axtarışdadır.
Telegram kanalımız