Baş prokurorluq Rövşən Əkbərovla bağlı açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Baş prokurorluq Rövşən Əkbərovla bağlı açıqlama yaydı

Kriminal

16 Mart 2021 08:31 1781


Baş Prokurorluq ehtiyatda olan general-leytanant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı xəbərə münasibət bildirib.

Qurumun mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, R. Əkbərovun həbs edilməsi barədə yayılan xəbərlər doğrudur. Bildirilib ki, Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilib.

Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək. pizza sifarişi

Xatırladaq ki, mətbuatda  R.Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!