Baş Prokurorluq sabiq deputatın özbaşınalıq etdiyini təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokurorluq sabiq deputatın özbaşınalıq etdiyini təsdiqlədi

Kriminal

13 Yanvar 2022 12:29 734


Baş Prokurorluq Milli Məclisin sabiq deputatı, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyevin Bakının Nərimanov rayonu ərazisində ağacları kəsdirməsi faktı üzər aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb. 

Qurumun Mətbuat xidmətindən Yenisabah.az-a bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma başlanılıb.

Bununla əlaqədar prokurorluq əməkdaşları tərəfindən Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə qeyd edilən əraziyə baxış keçirilmiş, zəruri şəxslərin izahatları alınmış və xüsusi texnika vasitəsilə torpaq qatı qazılaraq müvafiq nümunələr götürülməklə hazırda da qazıntı işləri davam etdirilir. Dominos pizza

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən torpaq sahəsində mövcud olmuş sərv və şam cinsli ağaclar qanunsuz olaraq kəsilərək götürülüb.

Hazırda Baş Prokurorluqda araşdırmalar davam edir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Nəriman Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. Bir neçə gün əvvəl mətbuatda onun Bakıda 37 ağacı kəsdirməsi, işdən çıxan əməkdaşlara isə maaş verməməsi ilə bağlı məlumatlar yayılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    HÖRMƏTLİ AR PROKURORLUĞU SAHİBKARLAR. SUMQAYITDA. DA. ÖZBAŞINALIQ EDİRLƏ. PARKLAR ZƏBT EDİLİB. GƏZMƏYƏ. YER. YOXDUR.
    4 years ago