Baş Prokurorluq TƏKZİB ETDİ

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokurorluq TƏKZİB ETDİ

Maraqlı

05 İyul 2022 11:12 894


Bəzi çap media vasitələri və internet informasiya resurslarında Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinin ödənişli əsaslarla fəaliyyət göstərməsi barədə informasiyalar yayılıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenisabah.az-a bildirilib ki, bu məlumat həqiqətə uyğun deyil.

"Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla bildiririk ki, qeyd edilən əlaqə vasitələri ödənişsizdir, vətəndaşlar istənilən mobil operatorlardan və stasionar telefonlardan zəng etməklə müraciətlərini edə bilərlər. Dördpendirli pizza

Bir daha bütün media subyektlərinə müraciət edərək bildiririk ki, gələcəkdə bu qəbildən neqativ hallara yol verildikdə tərəfimizdən qanunamüvafiq tədbirlər görüləcək", - deyə məlumatda vurğulanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!