Baş Prokurorluq Xocavənddəki partlayışla bağlı araşdırmaya başladı

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokurorluq Xocavənddəki partlayışla bağlı araşdırmaya başladı

Maraqlı

02 Oktyabr 2022 13:04 966


Xocavənddə fəhlənin minaya düşməsi ilə bağlı rayon prokurorluğu araşdırma aparır.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, oktyabrın 2-si saat 11 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində 2002-ci il təvəllüdlü Rasif Kərimzadənin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Dördpendirli pizza

İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman fəhlə kimi çalışan Rasif Kərimzadənin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!