Baş Prokurorluqdan koronavirusla mübarizəyə dəstək -   857 min manat

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokurorluqdan koronavirusla mübarizəyə dəstək - 857 min manat

Sosial

23 Mart 2020 13:11 381


Azərbaycan Respublikasının Baş Prokurorluğu koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması məqsədi ilə Prezident İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 857 min manat məbləğində vəsait köçürüb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov Yenisabah.az-a bildirib ki, sosial həmrəylik nümayiş etdirən Respublika Baş Prokurorluğu, Respublika Hərbi Prokurorluğu və tabe rayon, şəhər prokurorluq orqanları işçilərinin könüllü istəyi ilə aylıq vəzifə maaşlarının 50 faizini təşkil edən həmin vəsaitin ianə verilməsi dövlət başçısının ölkəmizdə virusa yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!