Baş Prokurorluq Vergilər İdarəsində xüsusi əməliyyat keçirildi   - Saxlanılanlar var

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokurorluq Vergilər İdarəsində xüsusi əməliyyat keçirildi - Saxlanılanlar var

Maraqlı

28 Dekabr 2022 10:15 1067


Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi dekabrın 26-da Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində xüsusi əməliyyat keçirib. 

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyatla idarənin rəisi Zaur Adilov və Audit şöbəsinin rəisi Əjdər Əliyev saxlanılıb. Bununla yanaşı, idarədə məsələ ilə bağlı digər şəxslərin dindirilməsi həyata keçirilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Pepperoni pizza

Qeyd edək ki, 8 saylı Ərazi Vergilər İdarəsi Beyləqan şəhərində yerləşir və bir neçə rayonu əhatə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!