Baş prokurorun dələduzluqda təqsirləndirilən keçmiş müavinindən xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Baş prokurorun dələduzluqda təqsirləndirilən keçmiş müavinindən xəbər var

Sosial

22 Yanvar 2020 13:52 1074


Bakıda dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərov barəsində olan hökmdən kassasiya şikayəti verib.

“Yeni Sabah” xəbər verir ki, Ali Məhkəməyə müraciət edən məhkum barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət hakim Tahir Kazımovun icraatına verilib. pizza mizza

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Cəfərov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

İttihama görə, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Xatırladaq ki, M.Cəfərov hazırda Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərib. Həmçinin o, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş prokurorun müavini təyin edilib. M.Cəfərov bir neçə ay bu vəzifədə çalışıb. (Report)



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!