“Baş Qərargah danışmaq əvəzinə hərəkətə keçməlidir”.
Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Milli Məclisinin “Patev unem” fraksiyasının katibi Tiqran Abramyan deyib.
Onun sözlərinə görə, Baş Qərargah çox qəribə şəkildə daim təbliğatla gündəmə gəlir və verilən açıqlamalar ictimaiyyəti həyəcanlandıran cavablardan daha çox problem və suallar doğurur. pizza mizza
“Müdafiə naziri və onun müavinləri danışmır, amma nədənsə Baş Qərargah rəhbərinin müavinlərindən biri təəccüblü açıqlamalar verir. O deyir ki, nəhayət ki, Ermənistanın suveren ərazilərinin bərpası ilə bağlı sərəncamımız var, Silahlı Qüvvələrin vəzifəsi yuxarıların əmrini yerinə yetirməkdir və biz buna nail olmaq üçün hər şeyi edəcəyik”.
Baş Qərargah danışmaq əvəzinə hərəkətə keçməlidir. Əgər belə bir problem qoyulubsa, o zaman bunu ictimailəşdirməkdə məqsəd nədir? Əməliyyata başlamadan onu məğlub etmək, yoxsa Azərbaycanla yeni müharibə zəmini hazırlamaq?” - deyə müxalifətçi deputat “Facebook”da yazıb.
Telegram kanalımız