Koronavirus pandemiyası ilə əlaqədar bu ilin martından yarımçıq dayandırılan avrokubok matçları bərpa olunub.
Yenisabah.az xəbər verir ki, Avropa Liqasında ilk qarşılaşma “Kopenhagen” və “Başakşəhər” klubları arasında olub.
Türkiyədəki matçda "Başakşəhər" minimal hesablı qələbəyə sevinsə də, Danimarkada istanbullular 0:3 hesablı məğlubiyyətdən qaça bilməyib. Dördpendirli pizza
Bununla da “Başakşəhər” Avroliqa ilə vidalaşıb.
İkinci qarşılaşma Donetsk “Şaxtyor”u ilə “Volfsburq” arasında baş tutub. İlk qarşılaşmada olduğu kimi (2:1) bu oyunda da “Şaxtyor” qələbəyə sevinib. Ukrayna təmsilçisi “Volfsburq”un qapısından üç cavabsız top keçirib. "Şaxtyor" oyunun son dəqiqələrində rəqibini 3 dəfə topu tordan çıxarmağa məcbur edib.
Telegram kanalımız