“Başakşəhər“ - “Qalatasaray“ matçı bərabərliklə bitdi

saytların hazırlanması

Evə çatdırılma

“Başakşəhər“ - “Qalatasaray“ matçı bərabərliklə bitdi

İdman

29 İyun 2020 00:36 918


Türkiyə Super Liqasında 29-cu tur davam edir.

Yenisabah.az xəbər verir ki, bu gün daha 4 oyun keçirilib.

Çempionatın sürpriz komandalarından olan “Sivasspor” “Kayserispor”u qəbul edib. Liqanın son pilləsində qərarlaşan Kayseri təmsilçisi səfər qələbəsi ilə meydan sahiblərinə şok yaşadıb. Sezar pizza

Turun mərkəzi görüşündə iki İstanbul klubu üz-üzə gəlib. Çempionatın lideri “Başakşəhər” son çempion “Qalatasaray”ı qəbul edib. Matçda qollar ikinci hissədə vurulub. Hərəyə bir dəfə fərqlənən komandalar bir xalla kifayətlənib.

Qeyd edək ki, tura iyunun 29-da yekun vurulacaq.

28 iyun

“Rizəspor” – “Dənizlispor” – 2:2

Şkoda, 40, Boldrin, 71 – Estupinan, 20 (avtoqol), Fernandes, 30

“Sivasspor” – “Kayserispor” – 0:2

Açar, 45, Mensa, 83 (pen.)

“Qaziantep” – “Antalyaspor” – 1:1

Kayode, 58 – Yahoviç, 88 (pen.)

“Başakşəhər” – “Qalatasaray” – 1:1

Aleksiç, 51 – Akbaba, 67


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!