“Başakşəhər“ qalib gəldi, “Qalatasaray” çempionluq şansını itirdi

saytların hazırlanması

Evə çatdırılma

“Başakşəhər“ qalib gəldi, “Qalatasaray” çempionluq şansını itirdi

İdman

08 İyul 2020 00:16 1221


Türkiyə Super Liqasında 31-ci tur başlayıb.

Yenisabah.az xəbər verir ki, turun ilk oyun günündə iki matç keçirilib.

Əvvəlcə “Gənclərbirliyi”nin qonağı olan “Fənərbaxça” paytaxtdan 1 xalla ayrılmaqla kifayətlənib.  Marqarita pizza

Çempionatın lideri “Başakşəhər” “Dənizlispor”u qəbul edib. İstanbul təmsilçisi ikinci hissədə vurduğu qollarla qalib gəlib. Belədə, 4-cü pillədəki “Qalatasaray”la xal fərqini 14-ə çatdırıb.

Bununla da "Cimbom" 4 oyunu qalsa da, çempionluq şanslarını rəsmən itirib. “Başakşəhər” isə ilk “üçlük”də yerini təmin edib.

Qeyd edək ki, tura iyulun 9-da yekun vurulacaq.

31-ci tur

7 iyul

“Gənclərbirliyi” - “Fənərbaxça” - 1:1

Stanku, 60 - Bəlözoğlu, 81

“Başakşəhər” - “Dənizlispor” - 2:0

Krivelli, 65, Viska, 78 (pen.)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!