Bir müddətdir “TikTok” video paylaşım platformasına Azərbaycanın şou-mədəniyyət nümayəndələri axın edir. Onlar sözügedən sosial şəbəkədə hesab açaraq, əvvəlcə min izləyici toplamağa çalışır, daha sonra canlı yayıma çıxırlar.
Tanınmışlar arasında prodüser Tarix Əliyev, aktrisa Pərvin Abıyeva, komediya aktyorları Sabir Samiroğlu, Elcan Rəsulov, Məcid Hüseynov, Həsrət Həsrətov, Mənsur Şərif, Nicat Şakirli (Niko), aparıcı İlham Mirzəyev, model Səmra Hüseynova, aktrisa Naibə Allahverdiyeva və başqalarına rast gəlmək olar.
Lakin bəzi insanlar bu platformanı qeyri-ciddi hesab edir, məşhurların orada olmasını qınayır. pizza
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Naibə Allahverdiyeva sənət adamlarının “TikTok”a qatılmasının normal hal olduğunu deyib:
“TikTok” da digərləri kimi sosial şəbəkədir, burada nə var ki? Belə baxanda ora da efir kimi bir şeydir və sənət adamları orada olmalıdır. “TikTok”da ciddi nə olmalıdır ki? Onlarla sosial şəbəkələrdən biridir. Orada normal paylaşımlar da edilir”.
Aktrisa bu platformadan gəlir əldə etmədiyini bildirib:
“Mən “TikTok”a pul-zad qazanmaq üçün girmirəm. Sadəcə öz paylaşımlarımı edirəm. İstər sənət haqda, istər özüm haqda müxtəlif paylaşımlar edirəm. Mənə maraqlıdır deyə edirəm, bunu pula görə etmirəm. Sözün açığı, heç onu bacarmıram da. Elə şeylərdən başım çıxmır, bilmirəm ki, necə pul qazanırlar. Heç marağında da deyiləm. Kim qazanırsa, halal xoşu olsun, nə deyə bilərik ki?”
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız