“Başıma 25, üzümə 7 tikiş qoyulub”   “Qarabağ“ın qapıçısı

saytların hazırlanması

Evə çatdırılma

“Başıma 25, üzümə 7 tikiş qoyulub” “Qarabağ“ın qapıçısı

İdman

19 Aprel 2021 16:46 815


Premyer Liqanın 23-cü turunda “Səbail”lə səfər matçının ilk hissəsində ağır zədə alan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin müalicəsi davam edir.

Yenisabah.az xəbər verir ki, futbolçu son durumu ilə bağlı klubumun saytına açıqlama verib. O deyib ki, həmin anda nə baş verdiyini anlamayıb.

“Topa birinci mən çatmışdım. Ayılanda üzüm qan içində idi. İndi özümü piss hiss etmirəm. Təkcə başımda 25-dən artıq tikiş var. Üzümə isə 7 tikiş qoyulub. Bərpa üçün müəyyən müddət gözləməliyəm. Ümid edirəm, tezliklə tikişlər söküləcək. Həmin epizodda mənə xəsarət yetirən Amil Yunanov, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev və digər futbolçular əlaqə saxlayıb, maraqlandılar. Bu müddətdə mənə görə narahat olan və səhhətimi düşünən hər kəsə təşəkkür edirəm. İndi isə tezliklə zədəmi bərpa edib, “Qarabağ”a kömək etmək istəyirəm. Azarkeşlərimizə də minnətdaram, mənə görə narahat oldular, dəstək mesajları yazdılar. Onların sevgisi məni güclü edəcək. Ümid edirəm ki, tezliklə meydana dönəcəyəm”.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!