Kişi kimi geyimi və danışıq tərzi ilə diqqət çəkən Əməkdar artist Aygün Bəylər belə olmasının səbəbini açıqlayıb. Pepperoni pizza
Yenisabah.az xəbər verir ki, Xəzər TVdə yayımlanan "5/5" verilişinin qonağı olan A.Bəylər bəzənməməyinin səbəbinin sənəti olduğunu deyib. Xanım ifaçı əvvəllər sənətinə görə bu imicdə olduğu, sonradan bunun həyat tərzinə çevrildiyini bildirib: "Ömrümü-günümü bu sənətə qurban verdim. Kişi kimi başıma papaq qoydum, qadınlığım yadımdan çıxdı. Bundan öncəki vaxtda bu imic mənim üçün çox vacib idi. Yeni bir imic idi, amma sonra bu imic mənim həyat tərzimə döndü. Qərara aldım ki, əgər xalq məni belə tanıyıb, sevirsə, belə də qalım".
Telegram kanalımız