Türkiyədə PKK terrorçularına qarşı mübarizə davam edir.
Yenisabah.az xəbər verir ki, təhlükəsizlik qüvvələri başına 1 milyon lirə mükafat qoyulan terrorçunu zərərsizləşdirib.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Pepperoni pizza
“Tuncelinin Ovacıq bölgəsində jandarma xüsusi təyinatlıları və komandos qüvvələrinin keçirdiyi əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçunun “Savaş Fərat” kod adlı Yəhya Atmaca olduğu müəyyənləşib. O, Dərsim bölgəsinin qərb cəhbəsi üzrə komandiri kimi fəaliyyət göstərib. Axtarışda olan Y.Atmacanın başına 1 milyon lirə mükafat qoyulub. Terrorçunun 2011-ci ildə Tuncelidə polislərə qarşı hücum edənlərdən biri olduğu bəlli olub. Eyni zamanda, 1 polisin və həyat yoldaşının şəhid olduğu hücumda da iştirak edib”, - dey məlumatda qeyd olunub.
Telegram kanalımız