“Başladı evin künclərinə qaçmağa, elə bildik dəli olub“

saytların hazırlanması

Evə çatdırılma

“Başladı evin künclərinə qaçmağa, elə bildik dəli olub“

Şou

10 May 2022 10:26 267


"Heç kimin məsləhətinə qulaq asmırdı. Bir gün bəstəkar Gövhər Həsənzadə, Əməkdar artist Aybəniz Haşımovayla onlara getdik ki, bir az başını qarışdıraq, dərdini alaq. Məzəli söhbət əsnasında birdən gördük ki, sanki ildırım çaxdı…”

Yenisabah.az xəbər verir ki, bu sözləri əməkdar artist Firuzə İbadova mərhum sənət dostu Zöhrə Abdullayeva haqda danışarkən deyib.

“O üz” verilişinin Əməkdar artist Zöhrə Abdullayevaya həsr olunan bölümündə qonaq olan İbadova mərhum həmkarının özünü məhv etdiyini deyib: pizza hut

“Elə bildim ki, ev başımıza uçacaq. Rəhmətlik Zöhrə xanımdan bir hönkürdü çıxdı ki, indiyədək eləsini eşitməmişdim. Dedi, məni bağışla, oğlum, ağzım bir az qaçdı, güldüm. Başladı evin künclərinə qaçmağa, elə bildik dəli olub.

İnsan nə qədər ağlayar, bədəninin suyu qurudu. Onu tuta bilmirdik. Özü məsləhət verirdi, amma heç birimizin dedikləri onun beyninə batmadı. Özünü şam kimi əritdi. Dedim, Zöhrə, nə etmək istəyirsən? Cavab verdi ki, ölmək istəyirəm. Görmək istəyirəm oğlum hansə tərəfdədir. Öz-özünü öldürdü".

Həmin verilişi təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!