Başqırdıstanda fərdi evdə yanğın zamanı üç uşaq həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Başqırdıstanda fərdi evdə yanğın zamanı üç uşaq həlak oldu

Dünya

09 İyun 2025 21:25 196


Rusiyanın Başqırdıstan Respublikasında fərdi evdə baş verən yanğın nəticəsində üç uşaq həlak olub.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

"Başqırdıstan FHN-ə Baltaçevo rayonunun Starobaltaçevo kəndində taxta verandalı fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi zamanı evdə 16, 9 və 3 yaşlı uşaqların meyitləri aşkar edilib", - nazirlikdən bildirilib. Sezar pizza

Yanğının səbəbləri nazirliyin regional baş idarəsinin işçi qrupu, müstəntiqlər və yanğın-sınaq laboratoriyasının eksperti tərəfindən müəyyən ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!