“Bavariya” “Qarabağ”ı ÇL-dən kənarlaşdıran “Dinamo”ya 9 qol vurdu

saytların hazırlanması

Evə çatdırılma

“Bavariya” “Qarabağ”ı ÇL-dən kənarlaşdıran “Dinamo”ya 9 qol vurdu

İdman

18 Sentyabr 2024 01:18 795


2024/2025 mövsümdən yeni formatda keçirilən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda altı qarşılaşma keçirilib.

Yenisabah.az xəbər verir ki, gecənin ən maraqlı nəticələrində biri Almaniyada qeydə alınıb. “Bavariya” “Qarabağ”ı mübarizədən kənarlaşdırmış “Dinamo”nun (Zaqreb) qapısından 9 top keçirib. “Real Madrid” “Ştuttqart”a, “Sportinq” isə “Lill”ə qalib gəlib.

“Milan” (İtaliya) – “Liverpul” duelində qonaqlar sevinən tərəf olublar. Pepperoni pizza

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

17 sentyabr

I tur

“Yuventus” (İtaliya) – PSV (Niderland) 3:1

“Yanq Boys” (İsveçrə) – “Aston Villa” (İngiltərə) 0:3

“Bavariya” (Almaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 9:2

“Milan” (İtaliya) – “Liverpul” (İngiltərə) 1:3

“Real” (Madrid, İspaniya) – “Ştutqart” (Almaniya) 3:1

“Sportinq” (Portuqaliya) – “Lill” (Fransa) 2:0

Qeyd edək ki, ilk turun digər görüşləri sentyabrın 18-19-da keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!