Qətərdə keçirilən klublararası dünya çempionatına yekun vurulub.
Yenisabah.az xəbər verir ki, finalda Almaniyanın "Bavariya" və Meksikanın "Tiqres" komandaları üz-üzə gəlib.
"Edukeyşn Siti" stadionunda baş tutan qarşılaşma Münhen klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Avropa təmsilçisinə tarixində 2-ci dünya çempionluğunu qazandıran qolu 61-ci dəqiqədə Benjamin Pavar vurub. pizza
Qeyd edək ki, 3-cü yer uğrunda matçda Braziliyanın "Palmeyras" klubunu məğlub edən Misirin "Əl-Əhli" komandası turnirin bürünc medallarına sahib çıxıb. /Report
Telegram kanalımız