“Bavariya” Ukraynada qol yağdırdı

saytların hazırlanması

Evə çatdırılma

“Bavariya” Ukraynada qol yağdırdı

İdman

11 Dekabr 2024 09:47 454


Çempionlar Liqasının 6-cı turunda “Bavariya” səfərdə “Şaxtyor Donetsk”in qonağı olub.

Yenisabah.az xəbər verir ki, Rusiya ilə davam edən müharibə səbəbindən Kiyevdə oynanan matçda almanlar rəqiblərini 5-1 hesabı ilə darmadağın edib.

Oyunda hesabı 5-ci dəqiqədə Kevinin qolu ilə meydan sahibləri açsa da, çox keçmədən “Bavariya” təşəbbüsü ələ alıb. Qonaqlar 11-ci dəqiqədə Layimer, 45-ci dəqiqədə Müller, 70 və 93-də Olise və 87-də Musiala ilə darmadağını yekunlaşdırıb. Pepperoni pizza

Bu nəticə ilə “Bavariya” xallarının sayını 12-yə çatdırıb və 8-cidir. “Şaxtyor”sa 4 xalla 27-ci pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!