Vaxtilə “Bavariya” və “Yuventus” kimi klublarda forma geymiş Duqlas Kosta özünə yeni klub tapıb.
Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, Fabrisio Romanonun məlumatına görə, braziliyalı Türkiyənin “Samsunspor” klubunun yeni futbolçusu olacaq.
Transfer azad agent kimi baş tutacaq. Toyuqlu pizza
33 yaşlı futbolçu ilə 2026-cı ilə qədər müqavilə imzalanacaq. Bu razılaşmanın maliyyə təfərrüatları naməlum olaraq qalır.
Qeyd edək ki, Kostanın son komandası “Los Anceles Qalaksi” olub. O, burada 51 oyun keçirib, 8 qol vurub və 8 məhsuldar ötürmə verib.
Telegram kanalımız