“Bavariya“nın futbolçusuna 6 aylıq həbs cəzası verildi

saytların hazırlanması

Evə çatdırılma

“Bavariya“nın futbolçusuna 6 aylıq həbs cəzası verildi

İdman

14 Oktyabr 2021 12:01 776


İspaniya məhkəməsi "Bavariya"nın futbolçusu Lukas Hernandesə 6 aylıq həbs cəzası verib.

Yenisabah.az xəbər verir ki, Fransa millisinin üzvü 2010-cu ildə Madrid küçələrinin birində sevgilisi Ameliya Lorente ilə dalaşıb. Məhkəmə 2017-ci ildə onlara 31 günlük ictimai iş cəzası verib və 6 ay bir-birinə yaxınlaşmağı qadağan edib.

Buna baxmayaraq, cütlük bu yaxınlarda Mayamidə istirahətə yollanıb. Məhkəmənin qərarına əməl etmədiyi üçün Hernandesə 6 aylıq həbs cəzası verilib. Futbolçunun vəkili apellyasiya məhkəməsinə müraciət edib. İşə 10 gün ərzində baxılmalıdır.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!