Bayden AZAL qəzası ilə bağlı suala belə cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

Bayden AZAL qəzası ilə bağlı suala belə cavab verdi

Dünya

31 Dekabr 2024 19:35 780


Co Bayden jurnalistlərin Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Aktau limanında qəzaya uğraması ilə bağlı olan sualını cavablandırıb. 

Jurnalist Baydenə "AZAL təyyarəsinin vurulmasına görə Putin məsuliyyət daşıyırmı?" sualı ünvanlayıb.

Putinin məsuliyyəti etiraf edib etməməsi ilə bağlı sualı cavablandıran Bayden belə deyib: pizza hut

"Görünür, o bunu edib, amma mən onunla və ya komandamla danışmamışam".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. /Bizim.Media


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!