Bayden transgenderlərin orduda xidmətinə icazə verdi

saytların hazırlanması

Evə çatdırılma

Bayden transgenderlərin orduda xidmətinə icazə verdi

Dünya

25 Yanvar 2021 23:57 842


ABŞ Prezidenti Co Bayden özündən əvvəlki administrasiyanın transgendərlərin Amerika Silahlı Qüvvələrində xidmətinə qoyduğu məhdudiyyətləri ləğv edən fərman imzalayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

 “Prezident Bayden hesab edir ki, cinsiyyət mənsubluğu hərbi xidmətə mane olmamalıdır”, deyə Ağ Evin yaydığı açıqlamada bildirilir. pizza

Qeyd edək ki, ABŞ-ın 44-cü prezidenti Barak Obama 2016-cı ildə transgenderlərin Silahlı Qüvvələrə yazılmasına və lazımi tibbi yardım almasına icazə vermişdi. Donald Tramp isə transgenderlərin orduya qəbul edilməsini donduran direktiv imzalamışdı. Yalnız xidməti davam edənlərin Silahlı Qüvvələrdə qalmasına icazə verilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!