Baydenin adından Rusiya səfirindən üzr istədilər

saytların hazırlanması

Evə çatdırılma

Baydenin adından Rusiya səfirindən üzr istədilər

Dünya

20 Mart 2021 18:48 980


ABŞ vətəndaşları Prezident Co Baydenin Rusiya prezidentinin ünvanına səsləndirdiyi sərt sözlərə görə Rusiyanın Vaşinqtondakı səfirliyinə üzr məktubları ünvanlayıblar.

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

“Rusiya ilə ABŞ arasında dostluq əlaqələrinin inkişafına dəstək olmaq məqsədi ilə səfirliyə məktub göndərən ABŞ vətəndaşlarına dərin minnətdarlığımı bildirirəm”, - deyə Antonov bildirib. Dominos pizza

Səfirin sözlərinə görə, dövlətlər arasındakı dialoqun qarşılıqlı hörmət və bərabərliyə əsaslanmalı olduğunu başa düşən amerikalıların mövqeyi onu heyrətləndirib:

"ABŞ vətəndaşlarının bu yanaşması rus və amerika xalqları arasındakı əlaqələrin bundan sonra da inkişaf etməsi üçün müsbət stimul yaradır".

Səfir, həmçnin ABŞ hakimiyyət orqanlarının seçicilərini dinləyəcəyini və onsuz da qarşıdurmaların yaşandığı bu ölkədə vəziyyətin daha da gərginləşməməsinə ümid etdiyini bildirib. (Axar.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!