ABŞ-da demokratları təmsil edən prezidentliyə namizəd Cozef Baydenin koronavirus testi mənfi nəticə verib.
"Yeni Sabah" Trend-ə istinadən bildirir ki, bu barədə onun qərargahı xəbər yayıb.
"Bayden bu gün COVID-19 testindən keçdi, virus aşkarlanmayıb", - məlumatda deyilir. Dominos pizza
Bu, Baydenin son günlərdə ən az ikinci keçdiyi testdir. Daha əvvəl demokratlardan olan namizəd siyasi debatlar zamanı prezident Donald Trampla eyni səhnədə olub, lakin təhlükəsizlik məsafəsi saxlanılıb. Xatırladaq ki keçən həftə ABŞ prezidentində COVID-19 virusu aşkar edilib və o xəstəxanaya yerləşdirilib.
Telegram kanalımız