Baydenin oğlu narkotikdən istifadə etdiyini bildirib

saytların hazırlanması

Evə çatdırılma

Baydenin oğlu narkotikdən istifadə etdiyini bildirib

Dünya

29 May 2021 08:49 934


ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden dostu ilə telefon danışığı zamanı Vaşinqton şəhərinin keçmiş meri Merion Berri ilə birlikdə narkotikdən istifadə etdiyini etiraf edib.

Bu barədə “Daily Mail” məlumat yayıb. Nəşrin yaydığı audioyazıda Hanter bildirir ki, Corctaun Universitetinin ikinci kursunda oxuyan zaman Merion Berri ilə krek çəkib.

“Daily Mail” audioyazının 2019-cu ildə prezident oğlunun notbukundan götürüldüyünü bildirib. Marqarita pizza

Qeyd edək ki, 51 yaşlı Hanter Bayden “Gözəl işlər” (Beautiful Things) adlı xatirə kitabında narkotik maddələrlə bağlı problemlər yaşadığını qeyd edib. O, hələ yeniyetmə olarkən, kokain saxladığına görə həbs olunub və bundan sonra narkotiklərdən uzaq durduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!