Baydenin Putin hədəfi

saytların hazırlanması

Evə çatdırılma

Baydenin Putin hədəfi

Dünya

18 Aprel 2021 09:49 592


ABŞ Prezidenti Co Bayden Rusiya ilə münasibətlərdə üçüncü yolu seçib.

Yenisabah.az xəbər verir ki, bu barədə Almaniyanın "Di Zayt" (Die Zeit) qəzetinin jurnalisti Mixael Tumanın məqaləsində bildirilib.

Məqalədə qeyd olunur ki, öncə Bayden rusiyalı həmkarı Vladimir Putini neytral ərazidə görüşməyə çağırır və bu da Moskva ilə Vaşinqton arasındakı münasibətlərdə yumşalma hissi yaradır. Lakin tezliklə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir və rus diplomatları qovur. Bu şəkildə Bayden sələfi Donald Trampın siyasətini rədd etdiyini nümayiş etdirir, eyni zamanda danışıqlar təklifini qüvvədə saxlayır. Yeni məhdudiyyətlər Baydenin Moskva ilə "sərt münasibətlər" qurmaq istədiyini izah edir və mümkün görüşə mane olmur. pizza sifarişi

Beləliklə, ABŞ Prezidenti Rusiya ilə münasibətlərdə mümkün üçüncü yolu göstərir. (Axar.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!