Baydenin təklifi: Covid-19-la bağlı qlobal sammit

saytların hazırlanması

Evə çatdırılma

Baydenin təklifi: Covid-19-la bağlı qlobal sammit

Dünya

14 Sentyabr 2021 16:09 834


Sentyabrın 22-də COVID-19 pandemiyası və qlobal peyvəndlə mübarizəyə həsr olunmuş qlobal sammitin keçirilməsi planlaşdırılır.

Yenisabah.az “Washington Post” qəzetinə istinadla xəbər verir ki, zirvə zamanı Prezident Bayden dövlət, hökumət və beynəlxalq qurum başçıları, iş adamları, xeyriyyə və qeyri-hökumət təşkilatlarını COVID-19 pandemiyasına son qoymaq üçün bir araya gəlməyə çağıracaq.

Sammitin virtual formatda keçiriləcəyi gözlənilir. Marqarita pizza

Eyni zamanda, Bayden komandasının məqsədi zəngin ölkələri ianə verməyə inandırmaqdır.

Sammitə dəvət olunanların dəqiq siyahısı hələ də məlum deyil, ancaq COVID-19-un mənşəyi ilə bağlı beynəlxalq araşdırmalarda tam əməkdaşlıq etməsə də, Çin belə dəvətlilər sırasındadır.

Həmçinin, Rusiya Prezidenti Putin və Hindistanın Baş naziri Narendra Modini dəvət etmə planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!