Baydenin xanımından gözlənilməz “1 Aprel zarafatı“

saytların hazırlanması

Evə çatdırılma

Baydenin xanımından gözlənilməz “1 Aprel zarafatı“

Dünya

03 Aprel 2021 09:17 758


ABŞ Prezidenti Co Baydenin arvadı Cil Bayden jurnalistləri Kaliforniyadan Vaşinqtona daşıyan təyyarənin sərnişinləri ilə bir aprel zarafatı edib.

Yenisabah.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Belə ki, qara parik taxan və stüardessaların paltarını geyinən ABŞ-ın birinci xanımı sərnişinlərə dondurma təqdim edib. Pepperoni pizza

Jurnalistlər bildirib ki, təyyarədə olanlardan heç kim xanım Baydenin bu zarafatından şübhələnməyib.

Qısa müddət sonra pariksiz təyyarənin salonuna daxil olan Cil Bayden hamının Ümumdünya gülüş günü təbrik edib.

Cil Bayden bu yolla təkcə sərnişinləri deyil, həmçinin öz köməkçilərini də aldada bilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!