“Bayer” əmindir: “Qarabağ”ı udacaq, liqanın qalibi olacaq

saytların hazırlanması

Evə çatdırılma

“Bayer” əmindir: “Qarabağ”ı udacaq, liqanın qalibi olacaq

İdman

14 Mart 2024 15:54 680


"Bayer" "Qarabağ"la bu gün keçiriləcək oyundan əvvəl sosial şəbəkə hesablarında paylaşım edib. 

Yenisabah.az xəbər verir ki, "Oyun günü" adı ilə təqdim olunan paylaşımda hər iki klubun loqosu və leverkuzenli oyunçular yer alıblar. Bundan başqa, şəkildə çamadanın və onun üzərində Avroliqa Liqasının kubokunun əks olunması da diqqət çəkib. 

Bununla "Bayer"in çamadanını artıq indidən hazırladığını, nəinki "Qarabağ"ı adlayacağı, həm də liqanın qalibi olacağının da mesajını verib.  pizza sifarişi

Xatırladaq ki, Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer" - "Qarabağ" oyunu bu gün yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00-da) başlanacaq. Bu komandaların Bakıdakı ilk görüşü 2:2 hesabı ilə yekunlaşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!