“Bayer”ə necə qalib gəlmək olar? - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Bayer”ə necə qalib gəlmək olar? - VİDEO

İdman

24 Fevral 2024 11:38 2642


"Bayer" klubu ötən gecə "Maynts"a 2:1 hesabı ilə qalib gələrək məğlubiyyətsizlik seriyasını 33 oyuna çatdırdı və Almaniya klubları arasında yeni rekorda imza atdı. 

Offsideplus.az xəbər verir ki, UEFA Avropa Liqasının 1/8 finalında "Qarabağ"a rəqib olan Leverkuzen komandası sonuncu dəfə 2023-cü ilin 27 mayında məğlub olub. 

"Bohum" klubuna qarşı oyunda Xabi Alonsonun komandası 0:3 hesabı ilə uduzub.  Toyuqlu pizza

"Bayer"ə necə qalib gəldilər?

Oyunun sınma nöqtəsinin ilk dəqiqələrdə olduğunu deyə bilərik. 8-ci dəqiqədə Amine Adli qırmızı vərəqə alaraq meydandan qovulur, Xabi Alonso isə mübahisəyə görə sarı vərəqə ilə cəzalandırıldı.

19-cu dəqiqədə Filip Förster (assist: Takuma Asano), 34-cü dəqiqədə Takuma Asano (assist: Kevin Stöger) və 86-cı dəqiqədə Kevin Stöger (assist: Simon Zoller) fərqləndi. Rəqib topu daha çox mərkəz xətti və "Bayer" komandasına aid zonada saxlayaraq üstünlüyünü qorudu. İlk hissədə yüksək təzyiq göstərsə də, fasilədən sonra "Bayer" vəziyyəti toparlamağa çalışdı. Müdafiəyə keçən "Bohum" oyunun sonlarına yaxın ipləri yenidən əlinə alan komanda üçüncü qolu da rəqib qapısından keçirdi.

 "Bohum"un "Bayer" üzərində qalibiyyət videosunu təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!