“Bayer”in qol silahı “Qarabağ”la oyunları buraxacaq 

saytların hazırlanması

Evə çatdırılma

“Bayer”in qol silahı “Qarabağ”la oyunları buraxacaq 

İdman

29 Fevral 2024 16:17 1086


"Bayer"in futbolçusu Viktor Bonifase Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a qarşı oynaya bilməyəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 23 yaşlı hücumçu ötən ay zədələnib və hələ də komandaya qoşulmayıb. Viktorun aprel ayınadək yaşıl meydanlara qayıtmayacağı bildirilib. Bu da o deməkdir ki, Bonifase "Qarabağ"la hər iki oyunu buraxacaq. 

Digər zədəli futbolçu - argentinalı yarımmüdafiəçi Ezekiel Palasios isə "Qarabağ"la matçlara qədər tam sağalacaq.  Dördpendirli pizza

Qeyd edək ki, "Qarabağ"la "Bayer" arasında  ilk oyun martın 7-də Bakıda, cavab görüşü isə martın 14-də Leverkuzendə olacaq. "Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubu Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib. Bonifase qrup mərhələsində Ağdam təmsilçisi ilə hər iki görüşdə fərqlənib. 

Bonifase bu mövsüm 23 matçda 16 qol vurub və 8 qolun ötürməsini verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!