“Bayer”in türk oyunçusu “Qalatasaray”a keçdi

saytların hazırlanması

Evə çatdırılma

“Bayer”in türk oyunçusu “Qalatasaray”a keçdi

İdman

30 İyul 2023 12:46 834


"Bayer"in türk futbolçusu Kerem Demirbay karyerasını  "Qalatasaray"da davam etdirəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

Tərəflər artıq transfer üçün razılaşıblar. Müqavilə 2026-cı ilə qədər olacaq. Tezliklə  keçid rəsmi şəkildə açıqlanacaq. Sezar pizza

30 yaşlı yarımmüdafiəçi Türkiyə vətəndaşıdır və eyni zamanda Türkiyə millisini gənclər səviyyəsində təmsil edib. Peşəkar karyerası ərzində o, yalnız Almaniya klublarında oynayıb.

Kerem son 4 mövsümü "Bayer"də keçirib, yüzdən çox oyuna çıxıb, 15 qol vurub və 27 qolun ötürməsini verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!