Bayılda dəhşət: Evin üstünə qaya düşdü - VİDEO

Bayılda dəhşət: Evin üstünə qaya düşdü - VİDEO

Hadisə Veb saytların hazırlanması

09 İyun 2023 09:16 950


Bayıl qəsəbəsində dərədə tikilən evlərin birinin üzərinə qaya parçası düşüb.

“Yeni Sabah” Xəzər TV-yə istinadən xəbər verir ki, xoşbəxtlikdən həmin ərəfədə ev sahibləri mənzildə olmayıblar.

Bu hadisədən sonra ərazidə yaşayan digər sakinlər də narahat olublar. Çünki hadisənin yenidən təkrarlanacağı təqdirdə sağ qalacaqlarına ümid etmədiklərini bildirirlər.

Hadisə iyun ayının 6-sı baş verib. 2004-cü ildən bəri ərazidə yaşayan sakinlər bildirirlər ki, təpələrdən daşların yuvarlanıb evlərə sarı gəlməsi nadir hal olsa da, əvvəllər yaşanıb.

Ev sahibi isə aidiyyəti qurumların hadisəyə biganə yanaşmasından şikayətçidir.

Məsələ ilə bağlı Fövqəladə Hallar Naziriyindən bildirildi ki, quruma bununla bağlı müraciət daxil olub. Ancaq insan faktoru təhlükəsi olmadığına görə aidiyyəti üzrə rayon icra hakimiyyətinə yönəldilib.

Səbail Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, sözügedən ünvana bir müddət əvvəl yerində baxış keçirilib və lazımi qurumlara rəsmi müraciət olunub.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!