“Bayraktar” separatçıların zenit-raket komplekslərini aşkar etdi

saytların hazırlanması

Evə çatdırılma

“Bayraktar” separatçıların zenit-raket komplekslərini aşkar etdi

Dünya

12 Aprel 2021 16:50 1096


Ukrayna ordusunun ötən həftə Donbassda təmas xətti boyu ilk uçuşunu həyata keçirən “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsi separatçıların mövqelərində Rusiyanın “Pantsir-S1”, S-125 və “Tor” zenit-raket komplekslərini aşkar edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin müdafiə və kəşfiyyat məsələləri komitəsinin rəhbəri Yuri Mısyaqin özünün Twitter hesabında bildirib. Deputat Rusiyanı həmin texnikanı geri çıxarmağa və 9 may Qələbə paradında nümayiş etdirməyə çağırıb.

Həmin zenit-raket komppleksləri daha əvvəl Donbass separatçılarının “xalq milisi” qüvvələrinin silahlanmasında yer almırdı. Belə görünür ki, Ukraynanın Türkiyədən “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrini alması Rusiyanı həmin zenit-raket komplekslərini regiona yeritməyə vadar edib. Hansı ki, Qarabağda “Bayraktar”lar və Azərbaycan ordusunun digər pilotsuz döyüş vasitələri Ermənistan ordusunun silahlanmasında yer alan S-300, “Tor”, “Buk-M”, S-125, “Osa” kimi zenit-raket komplekslərini məhv etmişdi. (Virtualaz.org) Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!