“Bayraktar”ın yeni dronu erməniləri qorxuya salıb - Video

saytların hazırlanması

Evə çatdırılma

“Bayraktar”ın yeni dronu erməniləri qorxuya salıb - Video

Dünya

06 Noyabr 2020 00:39 2943


Türkiyə dronlarının gerçək gücü Qarabağ müharibəsində bilindi.

“Bayraktar”ın Ermənistan ordusunun darmadağın edilməsində birbaşa rolu oldu.

Bizimyol.info xəbər verir ki, “Bayraktar”ın böyük həcmli yeni dronu erməniləri qorxuya salıb. Ermənistan mediası Türkiyənin noyabrın 4-də ilk sınağı keçirilən pilotsuz uçuş aparatından bir neçə material hazırlayıb. Yazılarda “Akıncı”nın imkanlarının geniş olmasından söz açılıb. pizza mizza

Yeni dron, həqiqətən də, tərifəlayiqdir. “Akıncı” məsafədən idarə olunmaqla eniş edir, yenidən havaya qalxır və geri qayıdır. Dünyada ən mükəmməl dronlardan hesab olunur.

Yazılarda dronların yaradıcısı Selçuk Bayraktardan da bəhs edilib. Onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni olması xüsusi vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!