Bayram axşamı Naxçıvanda səkkiz nəfər qidadan zəhərləndi

Bayram axşamı Naxçıvanda səkkiz nəfər qidadan zəhərləndi

Sosial Saytların hazırlanması

21 Mart 2023 10:48 579


Naxçıvan şəhərində qidadan kütləvi zəhərlənmə qeydə alınıb. 

APA xəbər verir ki, dünən axşam Naxçıvan şəhərində qidadan 8 nəfər zəhərlənib. 

Belə ki, bayram axşamı şəhər sakinləri 1995-ci il təvəllüdlü Türkanə İbrahimova, 1988-ci il təvəllüdlü Nahidə Rzayeva, 1975-ci təvəllüdlü Məhəbbət İbrahimova, 1954-cü il təvəllüdlü Səbahət Allahverdiyeva, 1959-cu il təvəllüdlü Kişvər Muradova, 1932-ci il təvəllüdlü Hökümə Məmmədova, 1997-ci il təvəllüdlü Röya Babayeva və 1964-cü il təvəllüdlü Elmira Bünyadova qidadan zəhərlənmə ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan bildirilib ki, zərərçəkənlərin vəziyyətləri sabitdir. 

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!