Novruz bayramında 9 günlük bayram tətili insanlara həm də yetərincə istirahət etmək fürsəti verir. Bu bayram günlərində istər paytaxtda istərsə də bölgələrdə otel sifarişləri artıb. Görəsən, Novruz bayramında turizm bölgələrində yerləşən hotellərdə qiymətlər necədir? Müşahidələr göstərir ki, əksər otellər Novruz bayramını fürsət bilərək qiymətləri artırıblar. Bəzən bu qiymət artımı 2-3 dəfələrlə ölçülür.
Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bölgələrdə otellərin baha olmasının iki ən böyük səbəbi var:
“Birinci səbəb quru sərhədlərinin hələ də məntiqsiz olaraq qapalı olması, ölkə daxilində ancaq gediş-gəlişin sərbəstliyi, bayramlarda da insanlar ölkə daxilində istirahətə üz tuturlar. Dördpendirli pizza
İkinci səbəb isə rəqabətsizlik mühitidir. Bu sahədə rəqabət yoxdur. Regionlarımızda otellərin sayı azdır və insanlar da sadəcə o otellərə üz tutmağa məcbur olurlar və bunun da nəticəsində otellərdə qiymətlər iki və üç dəfəyə qədər bahalaşır. Ümid edirik ki, qarşıdakı illərdə otellərin sayı artar və rəqabət güclənər".
Telegram kanalımız