"Şuşa İcra Hakimiyyəti hazırda Bakıda fəaliyyətini davam etdirir".
Yenisabah.az Pravda-ya xəbər verir ki, bunu Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov rəhbərlik etdiyi qurumun gələcək fəaliyyəti ilə bağlı suallara aydınlıq gətirərkən deyib.
O qeyd edib ki, Şuşa sakinləri Azərbaycanın 58 rayonunda məskunlaşıb: pizza
"İcra Hakimiyyəti olaraq onların məsələləri ilə məşğuluq. Əzəldən necə işləmişiksə, yenə də davam edirik. Əhalimiz Şuşaya qayıdanda cənab Prezident necə göstəriş verəcəksə, o da icra olunacaq. Azərbaycanın bütün icra strukturları da əsgər kimi vəzifələrini icra edəcəklər".
B.Səfərov Şuşaya sonuncu dəfə nə zaman getməsi ilə bağlı sualı da cavablandırıb: "İstədiyim vaxt Şuşaya gedirəm. Sonuncu dəfə 3 ay əvvəl Şuşada olmuşam".
Telegram kanalımız