Bayram günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə yola salınan sərnişinlərin sayı bəlli olub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Pərvin Məmmədova məlumat verib.
Belə ki, 18 martda ümumilikdə 514 reyslə 14.300 sərnişin yola salınıb, 2100 sərnişin biletləri öncədən əldə edib. Toyuqlu pizza
19 martda ümumilikdə 584 reyslə 17.800 sərnişin yola salınıb, qabaqcadan bilet alanların sayı isə 5000 nəfər təşkil edib. 20 martda ümumilikdə 513 reyslə 14.742 sərnişin yola salınıb, qabaqcadan bilet alanların sayı 3303 nəfərdir.
21 martda isə günün birinci yarısına kimi 6 minə yaxın sərnişin daşınıb.
Telegram kanalımız