Bayramov Məşhəddə Əraqçi ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Bayramov Məşhəddə Əraqçi ilə görüşdü

Siyasət

03 Dekabr 2024 16:52 608


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Görüş İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 28-ci iclası çərçivəsində baş tutub. pizza hut

Xarici işlər nazirləri iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi sahələrində əməkdaşlıq perspektivlərini, həmçinin birgə təşəbbüs və layihələri müzakirə ediblər.

Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu arasında kommunikasiya xətləri üzrə işlərin tezliklə başa çatdırılmasının, əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi bir daha vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!