YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Bayraq qalmaqalı ilə bağlı cinayət işi  BAŞLANDI

Bayraq qalmaqalı ilə bağlı cinayət işi BAŞLANDI

Digər

30 Sentyabr 2022 14:05 839


Bərdə rayon İcra Hakimiyyəti əməkdaşının Azərbaycan bayrağına qarşı kobud davranışı ilə bağlı cinayət işi başlanıb. 

Bu barədə Yenisabah.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Bərdə Rayon Polis Şöbəsinə tapşırılıb.

Qeyd edək ki, sosial şəbəkədə Bərdə rayon İcra Hakimiyyəti aparatının işçisinin Dövlət bayrağı ilə davranışı barədə videogörüntülər yayılıb. Onun I Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı”ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov olduğu müəyyənləşib. Z.Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!