Bazar ertəsi Pezeşkian İrəvana gedəcək

saytların hazırlanması

Evə çatdırılma

Bazar ertəsi Pezeşkian İrəvana gedəcək

Dünya

16 Avqust 2025 13:46 287


İran Prezident Aparatının siyasi məsələlər üzrə müdir müavini Mehdi Sənayi Məsud Pezekianın Ermənistan və Belarusa səfər edəcəyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, o, X sosial şəbəkəsindəki hesabında bu barədə məlumat yayıb.

Sənayinin sözlərinə görə, İran prezidenti avqustun 18-i, axşam İrəvana yollanacaq. Pepperoni pizza

2 günlük səfərdən sonra Məsud Pezeşkian Belarusa gedəcək.

Eyni müddətli səfərlərdə iki ölkə arasında xüsusilə iqtisadi-ticari sahədə əlaqələrin gücləndirilməsinə dair sənədlərin imzalanması əsas məqsədlərdir.

İran prezident sentyabrda Şanxay Sammitində iştirak etmək üçün Çinə də dəvət olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!