Bazar günü 30 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bazar günü 30 dərəcə isti olacaq

Sosial

17 May 2025 12:16 272


Bakıda və  Abşeron yarımadasında mayın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Yenisabah.az xəbər verir ki, Bazar günü səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq. pizza mizza

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı,  dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman.  Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!