Bazar günü hava dumanlı olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bazar günü hava dumanlı olacaq

Sosial

09 Noyabr 2019 08:56 882


Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a verilən məlumata görə, noyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.  Dominos pizza

Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-21° isti, Bakıda gecə 13-15° isti, gündüz 19-21° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-60 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 10-da Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti təşkil edəcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!