Bazar günü rezidenturaya imtahan keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bazar günü rezidenturaya imtahan keçiriləcək

Sosial

25 İyun 2025 10:30 283


Dövlət İmtahan Mərkəzi iyunun 29-da rezidenturaya qəbul imtahanının birinci mərhələsini (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirəcək.

Yenisabah.az xəbər verir ki, imtahanda iştirak etmək üçün 1 286 namizəd qeydiyyatdan keçib. Onlardan 990 nəfər Azərbaycan, 296 nəfər isə rus bölməsi üzrə imtahan verəcək.

Ərizə verənlərin 533 nəfəri oğlan, 753 nəfər qızdır. 185 nəfər cari ilin, 535 nəfər əvvəlki illərin məzunudur. 566 nəfər isə növbəti illərdə məzun olacaq. 11 nəfər xarici ölkə vətəndaşıdır. Dördpendirli pizza

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!