Bazar günü yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Bazar günü yağış yağacaq

Sosial

27 İyun 2020 13:37 823


28 iyunda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Yenisabah.az-a verdiyi məlumata görə 28 iyunda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal -şərq küləyi əsəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-22,  gündüz 25-28, Bakıda  gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55  faiz təşkil edəcək.    Dominos pizza

Abşeron çimərliklərində şimal- şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti təşkil edəcək.  

28 iyunda Azərbaycanın rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı şimal və qərb rayonlarında lokal leysan xarakterli  olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. 

Havanın temperaturu  gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə  isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!