Bazar necə hərbi əhəmiyyət daşıya bilər?   - Prezidentin köməkçisi

saytların hazırlanması

Evə çatdırılma

Bazar necə hərbi əhəmiyyət daşıya bilər? - Prezidentin köməkçisi

Siyasət

05 Oktyabr 2020 14:55 1041


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında Ermənistan qoşunlarının Gəncənin mərkəzi bazarını artilleriya atəşinə tutması barədə paylaşım edib.

Yenisabah.az-ın məlumatına görə, o, yazıb: "Bazar necə hərbi əhəmiyyət daşıya bilər? Bu raket zərbəsi tək məqsədlə endirilib - mülki əhali arasında çoxsaylı qurbanlara səbəb olmaq. Ermənistanın dinc azərbaycanlılara qarşı terroru davam edir. Ermənistan tərəfindən Gəncə, Mingəçevir, Bərdə, Tərtər və Azərbaycanın digər iri şəhərlərinin intensiv raket atəşinə tutulması Ermənistanın dinc sakinlərin öldürülməsi məqsədilə həyata keçirdiyi dövlət terrorudur. Ermənistanın hərbi-siyasi rəhbərliyini məsuliyyətə cəlb etmək lazımdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!